Tərtərdə minaya düşən şəxsin sağ ayağının bir hissəsi amputasiya edilib - Trend TV-nin REPORTAJI

22 Fevral 2021 22:07

Bu gün Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev Trend TV-nin Qarabağ bürosuna bildirdi ki, zərərçəkənin vəziyyəti orta ağırdır: "O, hər iki aşağı ətrafların kor qəlpə yarası diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Sağ aşağı ətrafın, baldırın, orta üçdə-bir hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Əməliyyata götürülür".

Qeyd edək ki, sözügedən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma başlanıb.

Milli.Az