Yalçın Rzazadə vəfat edib

22 Fevral 2021 21:01

Xalq artisti Yalçın Rzazadə vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Orxan Rzazadə bildirib.

O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.

Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.

Milli.Az