80 yaşlı babasını xəstəxanalıq etdi

22 Fevral 2021 20:14

Oğuzda nəvə 80 yaşlı babasını döyərək, xəstəxanalıq edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə bu gün rayonun Tərkeş kəndində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Nəriman Bahar oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, 80 yaşlı Nəriman Kərimovu öz doğma nəvəsi, 30 yaşlı Orxan Dağlar oğlu Kərimov döyüb.

Xəstəxanada ilkin tibbi yardım göstərilən babanın vəziyyəti ağır olduğu üçün o, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisənin hansı səbəblərdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az