Bakıda daha bir intihar: gənc qadın özünü binadan atdı

22 Fevral 2021 18:31

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 35-40 yaşlarında naməlum qadın qəsəbə ərazisində yerləşən çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az