Messidən Ronaldinyoya dəstək

22 Fevral 2021 21:54

"Barselona"nın kapitanı Lionel Messi keçmiş komanda yoldaşı Ronaldinyoya dəstək olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı argentinalı oyunçu öz İnstaqram hesabında paylaşım edərək, Ronaldinyoya anasını itirdiyi üçün başsağlığı verib:

"Ronni, deyiləcək söz yoxdur. Mən buna inana bilmirəm. Sadəcə sizə dəstək olduğumu bildirmək istəyirəm. Sizə və bütün ailənizə başsağlığı verirəm".

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə Kataloniya klubunda çıxış edib. Messi isə 2004-cü ildən bu komandada oynayır.

Milli.Az