Türkiyəyə səfər edəcək vətəndaşlar hansı şəxsiyyət vəsiqəsindən istifadə etməlidirlər?

22 Fevral 2021 17:47

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyinə dair açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Milli.Az