Ölkədə narkomaniyadan sağalan şəxslər işlə təmin ediləcək

22 Fevral 2021 17:26

Azərbaycanda narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirlər görüləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı"nda göstərilib.

Prosesə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatları da cəlb ediləcək.

Milli.Az