Benzema "Atalanta" ilə oyunu buraxa bilər

22 Fevral 2021 21:39

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında "Atalanta" ilə ilk oyunu buraxa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb. 33 yaşlı hücumçu komanda ilə məşqlərdə iştirak etməyib. Onun sözügedən qarşılaşmanı buraxacağı gözlənilir.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Atalanta" - "Real" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az