Həkimin qəribə kolleksiyası - FOTO

22 Fevral 2021 22:48

Türkiyənin Hatay şəhərində uroloq İzzettin Zan (74) fəaliyyəti zamanı böyrək və ya idrar yolundan çıxardığı daşlardan ibarət kolleksiyanı özünə aid ofisində nümayiş etdirir.

Milli.Az xəbər verir ki, həkim-uroloq 46 illik fəaliyyəti zamanı 2 mindən çox əməliyyat edib. İnsan orqanizmdən çıxardığı qəribə daşlar isə diqqəti cəlb edir. Belə ki, hələ də işinə davam edən həkim bu daşların nələrdən yarandığını da açıqlayıb: "Etdiyim əməliyyatlarda insan orqanizmindən çıxan qəribə daşlar gördüm. Daşları görənlər bunlardan qorxaraq çox su içməyə başladı. Daşlar az su içmə, yanlış qidalanma, çox acılı, duzlu və ədviyyatlı qidaları yeyəkməkdən qaynaqlanır". /medicina.az

Milli.Az