Ağsuda 2600-ə yaxın şəxs peyvənd olunub

22 Fevral 2021 19:09

Ağsu rayonunda koronavirus infeksiyasına qarşı preyvəndlənmə perosesi davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, peyvəndlənmə prosesi könüllü olaraq aparılır:

"Artıq tibb işçilərinin peyvəndlənməsi başa çatıb. Hazırda xəstəxanada 50 yaşdan yuxarı şəxslər peyvənd olunur. Bu günə qədər 2600 nəfərə yaxın şəxs peyvənd olunub, digər şəxslərin isə müraciətlərinə baxılır. Müraciət edən şəxslərin səhhəti yoxlanılır, əks-təsir olmadığı halda həmin şəxs peyvənd edilir".

Milli.Az