Qusarda 8 otaqlı evdə yanğın olub

22 Fevral 2021 19:04

Qusarda yaşayış evində yanğın olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Hil kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az