Millinin futbolçusu universitetə görə karyerasını bitirdi

22 Fevral 2021 18:54

İtaliyanın U-17 və U-18 millisinin futbolçusu Alessandro Arlotti karyerasını başa vurub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Peskara"nın oyunçusunu buna vadar edən səbəb təhsilə üstünlük verməsi olub.

18 yaşlı Arlotti "Harvard" Universitetinə qəbul olunduğundan, təhsili peşəkar futboldan üstün tutub. "Peskara"dan ayrılan yarımmüdafiəçi universitetin futbol komandasında oynayacaq.

"Monako"nun yetirməsi olan hücumameyilli futbolçu ötən ilin yayında "Peskara"ya keçərək, peşəkar müqavilə imzalamışdı.

Milli.Az