Kübra Əliyeva əməliyyatla qarnındakı piyləri üzünə vurdurdu

22 Fevral 2021 18:29

Xəbər verdiyimiz kimi, Əməkdar artist Kübra Əliyeva əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa plastik əməliyyat etdirib. Bu haqda "Elgizlə izlə" proqramında deyilib.

K.Əliyevanın qarın nahiyəsindən piy alınaraq, üzünə vurulub. Aktrisa daha sonra verilişə qatılıb.

"Sinirlərim düzgün müalicə olunmadığı üçün üzümdə o hal yaranmışdı. Üzümdə kontraktura pozulmuşdu" deyə, sənətçi söyləyib.

Milli.Az