Ötən ay 14 cütlük boşanmaqdan imtina edib

22 Fevral 2021 18:14

Azərbaycanda bu ilin yanvar ayında bağlanmış nikahların sayı açıqlanıb.

Milli.Az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 2.714 nikah dövlət qeydiyyatına alınıb.

Həmçinin bildirilir ki, 2020-ci ilin dekabr ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi 2021-ci ilin yanvar ayı ərzində 28 nəfər (14 cütlük) nikahın pozulmasından imtina edib.

Milli.Az