Həmyerlimiz İsveçin tanınmış futbol klubu ilə müqavilə imzaladı - FOTO - VİDEO

22 Fevral 2021 17:33

İsveç Krallığında yaşayan Ayxan Cabbarlı İsveçin 2 liqin də oynayan "Savedalen Futbol Klubu (A komada) ilə iki illik müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. "Klub 1932-ci ildə yaranıb. Ayxan klubun tarixində ilk dəfə ən gənc futbolçu kimi müqavilə imzalayan idmançı olub. Ayxan Cabbarlı 2003-cü ildə Bakı şəhərində anadan olub. 6 yaşından peşəkar futbolla məşğuldur. Azərbaycan da "Bakı", "Neftçi" klublarında məşqlər edib.

Onun ailəsi 2012-ci ildə İsveçə köçüb. Burada bir neçə klubla oynayıb. Son iki 17-19 yaşlılar arasında "Göteborq Futbol Klubunda çıxış edib. Klubun akademiyasında təhsil alıb. 15 yaşından da Azərbaycan Millisinin (U-17) üzvü olub. İngiltərənin "Totenhem" klubundan baxış da olub".

Milli.Az