"Bayraktar" 300 mininci uçuş saatını başa vurub

22 Fevral 2021 16:36

Türkiyənin "Bayraktar" pilotsuz silahlı uçuş aparatı ümumilikdə 300 mininci uçuş saatını başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Baykar" şirkəti bildirib.

Bu nəticə Türkiyə istehsalı olan hava nəqliyyat vasitələri arasında rekord göstərici olub.

Qeyd edək ki, "Bayraktar" uçuş aparatları 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir.

Hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycanda 160 "Bayraktar TB2" PUA-sı fəaliyyət göstərir.

Milli.Az