Gövhər Rzayeva qohumunun evindən 10 min manat oğurlayıb? - “Xəbər gəldi ki, onu güllələyiblər” - VİDEO

22 Fevral 2021 15:41

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist, məşhur qarmon ifaçısı Gövhər Rzayeva olub.

Milli.Az bildirir ki, oğurluqda ittiham olunan ifaçı ağır stress keçirdiyini etiraf etdi:

"Kiminsə evinə gedəndə hər zaman mətbəxdə oturmağı sevirəm. Qohumumuzun evində idim. Söz-söhbət oldu. Gəlib mənə dedi ki, 10 min pul götürmüsən. Dedim, zarafat edirsən, axı mən mətbəxdən o tərəfə keçməmişəm? Dedi, yox. Dedim ki, tutaq ki, çemodanla pul qoymusan qarşıma, şeytan azdırdı məni, mən də gəlib oradan 100 manat götürdüm, amma sənin dediyin məbləğ çoxdur axı. Məndə o qədər pul yoxdur. Evdə 400 manatım var. Gəl onu sənə verim. Razı olmadı. Ondan sonra dəfələrlə mənə zəng edib pul istədi. Sonuncu dəfə zəng edəndə mən də dedim ki, səni görüm qəfil gülləyə tuş gələsən. Dəstəyi asdı. Üzərindən 5-6 ay keçdi. Xəbər gəldi ki, onu güllələyiblər. Sonra demişdi ki, Gövhərə şər atdım. Allah keçsin günahımdan".

Milli.Az