"Onların əlindən evimi satmaq istəyirəm" - VİDEO - FOTO

22 Fevral 2021 15:30

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Bahar Lətifqızı və Eldəniz Məmmədov olub.

Milli.Az bildirir ki, Eldəniz Məmmədov Bahar Lətifqızı və yoldaşından şikayətlənib:

"Onların əlindən evimi satmaq istəyirəm. Bütün günü dava edirlər. Qırğındır".

Daha sonra Bahar Lətifqızı yoldaşı ilə dava etmə səbəbinə aydınlıq gətirib:

"Toy yoxdu oxumaq istəyirəm, amma oxuya bilmirəm deyə nevroz olmuşam. Bütün gün evdə dalaşıram. Eldəniz o gün mənə deyir ki, əvvəllər uşaqların səsi gəlirdi, indi ancaq səninlə yoldaşının səsi gəlir. Elə belə ürəyimdən keçir, dalaşıram. Uşaqlar da bizi ayıra bilmir, mümkün olmur".

Milli.Az