Azərbaycanda ötən il yol təsərrüfatına 637 min manat ziyan dəyib

22 Fevral 2021 11:43

2020-ci ildə Bakıda 75, Respublika ərazisində 429 olmaqla, yol qurğu elementlərinə ziyan dəymiş 504 yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, nəticədə 7858 on əyri xətli tirlər,80 pm mühafizə çəpərləri ,32 işıq dirəyi ,19 yol nişanı 43 m körpü mühəccəri 1 sərnişin dayanacağı 9 səs boğucu ,3 informatik lövhə yararsız hala düşüb: "Umulikdə yol təsərrüfatına 637047,16 manat məbləğində maddi ziyan dəyib. Bundan 431538,99 manatı (67,74 faizi) ödənilib".

Milli.Az