Bakıda keçmiş məhkum tapança ilə tutuldu

22 Fevral 2021 14:52

Bakıda keçmiş məhkumdan tapança götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Əliyevdən "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az