İspaniya və Fransa arasında meşə yanğınları başladı - FOTO

22 Fevral 2021 14:02

İspaniya və Fransa sərhədlərində meşə yanğınları başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yanğın İspaniyanın Navarra əyalətində başlayıb. Daha sonra Fransanın İspaniya ilə sərhədyanı bölgələrinə də keçib.

Əraziyə 200-dən çox yanğınsöndürən texnika cəlb olunub. Evakuasiya olunanların mütləq əksəriyyəti turistlərdir. Yanğın nəticəsində ölkələrin meşə fonduna nə qədər ziyan dəydiyi hesablanır.

Milli.Az