Ceyhun Bayramov Türkiyəyə gedir

22 Fevral 2021 11:03

Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya işgüzar səfər edəcək.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, C.Bayramovun 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.

Milli.Az