Hələ belə cəza olmamışdı: Bir saniyə üçün...

22 Fevral 2021 21:07

Tayvanda qaldığı otelin dəhlizinə sadəcə səkkiz saniyəliyinə çıxan adam 4800 dollar cərimə olunub.

Milli.Az xəbər verir ki, Filipin əsilli immiqrant işçi Kaohsiunq şəhrindəki bir oteldə karantinə alınıb. Adı açıqlanmayan adam otel işçilərinin Səhiyyə Nazirliyinə xəbər verməsi ilə yaxalanıb.

Qeyd edək ki, otağından sadəcə səkkiz saniyəliyinə çıxan adam otelin dəhlizində keçirdiyi hər saniyə üçün 600 dollar cərimə olunub. (publika.az)

Milli.Az