Lukaşenko və Putin bu gün görüşəcək

22 Fevral 2021 12:45

Bu gün Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Milli.Az unikal.org-a istinadən bildirir ki, görüş günün ikinci yarısında baş tutacaq.

Prezidentlərin görüşü Rusiyanın Krasnodar diyarının Soçi şəhərində keçiriləcək.

Milli.Az