İmişlidə keçi təsərrüfatı - VİDEO

22 Fevral 2021 15:47

İmişli rayonunun Əliqulular kəndində Macarıstan və Türkiyədən alınan cins keçilərdən ibarət təsərrüfat yaradılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Saanen" sortlu keçilərin südü çox, bala verimi isə yüksəkdir.

Cins keçilər bu kəndə iki il əvvəl gətirilib. Hazırda fermada 300 başa yaxın keçi saxlanılır.

Bu keçilərin yerli cinslərdən bir sıra üstünlükləri var.

Sağılan südlər  pendir istehsalına yönəldilir. "Saanen" keçilərinin südündən 3 adda pendir hazırlanır. Əsasən motal pendirinin hazırlanmasına üstünlük verilir.

Gələcəkdə keçilərinin baş sayının 3 minə çatdırılması nəzərdə tutulub.

Milli.Az