Qar Cəlilabadda bir sıra fəsadlar törətdi - VİDEO

22 Fevral 2021 14:35

Ötən gün axşam saatlarından etibarən  yağan qar Cəlilabadın dağ və dağətəyi yaşayış məntəqələrində bir sıra fəsadlar törədib. Hazırda yağmağa davam edən qarın qalınlığı 20 sm-ə çatıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun əsasən Buravar, Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib. Həmçinin Cəlilabad - Yardımlı yolunda da hərəkət dayanıb.

Ərazidə, həmçinin internet xətləri qırılıb. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.

Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda rayonla kəndlər  arasında əlaqənin bərpa olunması istiqamətində işlər gedir.

Milli.Az