Türkiyədə daha bir əməliyyat: 18 məhəllədə komendant saatı elan olundu

22 Fevral 2021 11:01

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, əməliyyat Mardinin Mazıdağı, Derik və Kızıltepe ilçələri ərazisində gerçəkləşdirilib. 3 ilçənin 18 məhəlləsində əməliyyatla bağlı müvəqqəti küçəyə çıxma qadağası elan olunub.

Əməliyyatın mülki əhalinin təhlükəsizliyinə təhdid törədən terrorçuların zərərsizləşdirilməsi, sığınacaqların dağıdılması, silah və ləvazimatların götürülməsi məqsədi ilə keçirildiyi bildirilib.

Milli.Az