Fevral ayında Konqoda Ebola virusuna yoluxanlardan 4 nəfər dünyasını dəyişib.
APA "France-Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yevgeni Naznzu Salitaya bildirib.
Nazir qeyd edib ki, bu günə qədər ölkənin Kivi ərazisində Ebola virusuna 6 nəfər yoluxub. Onlardan 4 nəfəri ölüb. Son ölüm hadisəsi fevralın 20-də qeydə alınıb.
Qeyd edək ki, bu il ölkədə Ebolaya yoluxma hadisəsi ilk dəfə fevralın 1-də Şimali Kivu əyalətinin Butembo şəhərində aşkar edilib.
Milli.Az