"Dujuan" qasırğası səbəbindən 50 min insan evakuasiya edilib

22 Fevral 2021 10:00

Filippinin bir neçə əyalətində "Dujuan" qasırğası səbəbindən 51 min insan yaşayış yerindən təxliyə edilib.

APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, qasırğa Filippin sahillərinə orta hesabla 25-18 km/saat sürətlə irəliləyir.

Qeyd edək ki, tropik qasırğanın bu il ilk dəfə olaraq fevralın 22-də Filippinin sahil ərazisinə çatacağı proqnozlaşdırılır. 

Milli.Az