Bakıda xəstəxanın qarşısında piyadanı avtomobil vurdu

22 Fevral 2021 09:27

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 5 nömrəli xəstəxananın qarşısında baş verib.

1963-cü il təvəllüdlü İmanova Aybəniz Cəlil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az