"Mançester Yunayted" 3 xalı 3 qolla qazandı

22 Fevral 2021 09:49

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25-ci turda "Nyukasl"ı qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Nyukasl" - 3:1
Qollar: Reşford, 30 (1:0), Maksimin, 36 (1:1), Ceyms, 57 (2:1), Fernandes, 75-pen (3:1)

Bu qələbə ilə xalını 49-a yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Mançester Siti" 59 xalla 1-ci, "Lester" 49 xalla 3-cüdür.

Milli.Az