“Yaprak dökümü”nün aktrisası məşhur serialda - FOTO

22 Fevral 2021 09:33

"Yaprak Dökümü" serialında qonşu qızı Sedef roluna həyat verən aktrisa Seda Demir ekranlara qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, reytinqli layihələrdən olan "Mucize doktor" serialında çəkiləcək.

Sedanın ekran əsərində hansı obrazı canlandıracağı isə hələki açıqlanmayıb. Aktrisa layihəyə 51-ci bölümdən daxil olacaq.

Xatırladaq ki, "Mucize doktor"un əsas rollarında Taner Ölmez, Onur Tuna, Sinem Ünsal, Seda Bakan kimi aktyorlar çəkiliblər. Serialda autizm xəstəsi olan gənc həkimin karyerası uğrunda apardığı mübarizəsindən bəhs edilir.

Milli.Az