Yaponiya prefekturası tətbiq olunan fövqəladə vəziyyət rejimini vaxtından əvvəl ləğv edəcək

22 Fevral 2021 09:05

Yaponiyanın İbaraki prefekturasının hakimiyyəti koronavirusun yayılması səbəbindən fevralın 28-dən əvvəl tətbiq olunan fövqəladə vəziyyət rejimini vaxtından əvvəl ləğv etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Məlumata əsasən, bu qərar bölgədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar olaraq qəbul edilib.

Prefekturada öz fövqəladə vəziyyət rejimi müddəti fevralda 23-də bitəcəyi qeyd olunub.

Milli.Az