Tripolidə silahlı toqquşmalar baş verib

22 Fevral 2021 08:17

Silahlı qarşıdurmalar axşam Liviyanın paytaxtı Tripolinin mərkəzində baş verib.

Trend-in məlumatına görə, bu barədə "Afrigatenews" informasiya portalı bildirib.

Məlumata əsasən, Ez-Zəviyyədən (Tripolinin qərbində) olan silahlılar Benqazi və Dernadan (şərqdə) olan ekstremist ünsürlərin dəstəyi ilə Şəhidlər Meydanına nəzarəti ələ alaraq havaya sərbəst atəş açıblar.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin binasına basqın etməyə cəhd göstərilib.

Nəticədə, hərbi xüsusi təyinatlılar yığma qoşun döyüşçüsləri şəhər mərkəzindən sıxışdırmağa nail olublar. Nazirin özü Tripolini tərk edərək Misurata getdiyi də bildirilir.

Bildirilib ki, silahlı qruplar arasında toqquşmaların səbəbi ötən gün Liviya Milli Razılaşma Hökümətində Daxili İşlər Naziri Fəthi Əli Başağa sui-qəsd cəhdi olub.

Milli.Az