Britaniyada son sutkada 215 nəfər koronavirusdan həyatını itirib

21 Fevral 2021 23:04

Böyük Britaniyada son sutka ərzində 9834  nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 115 509 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 215 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 120 580 nəfərə çatıb.

Milli.Az