Gəncədə yaşayış binasında yanğın baş verib - FOTO

21 Fevral 2021 21:26

Gəncədə yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 5 mərətəbəli binada qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Bina sakinləri təxliyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az