"İnter"dən Milan derbisində böyükhesablı qələbə

21 Fevral 2021 21:18

Bu gün İtaliya A seriyasında Milan derbisi keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki,  şəhərin eyniadlı komandası 22-ci turda doğma meydanda əzəli rəqibi "İnter"lə qarşılaşıb. Stefano Piolinin kollektivi rəqibin 3 qolu qarşısında aciz qalıb və sarsıdıcı məğlubiyyət alıb. Beləliklə, "İnter" səfərdə- "San Siro"da Milan derbisini böyükhesabla qazanıb- 3:0. 

Həmçinin "İnter" bu qələbə ilə turnir cədvəlindəki liderliyini möhkəmləndirib (53 xal) və elə ən yaxın izləyicisi olan "Milan"la xal fərqini 4-ə çatdırıb.

A seriyası, 22-ci tur, Milan derbisi

"Milan" - "İnter - 0:3
Qollar:
 Martinez, 5, 57, Lukaku, 66

Milli.Az