Zaqatalada avtomobil üç piyadanı vurub

21 Fevral 2021 19:59

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı xəsarət alan  piyadalar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az