İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir

21 Fevral 2021 19:58

Tel-Əvivdəki "Jenia" barında maraqlı aksiyaya start verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.

Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda  "Pfizer CoViD-19" peyvənd məntəqəsi fəaliyyətə başlayıb.

Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.

Milli.Az