"Liverpul"da daha bir ciddi itki

21 Fevral 2021 19:18

"Liverpul"un futbolçusu Cordan Henderson zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ötən gün Premyer Liqanın 25-ci turunda "Everton"la matçda (0:2) xəsarət alıb. O, oyuna davam edə bilməyob və əvəzlənib.

Komandanın baş məşqçisi Yurgen Klopp görüşdən sonra açıqlamasında Hendersonun vəziyyətinin yaxşı olmadığını deyib.

Qeyd edək ki, "Liverpul"un futbolçularından Vircil van Dayk, Joel Matip, Joe Qomes, Ceyms Milner, Fabinyo və Dieqo Yota da zədəlidir.

Milli.Az