"Tottenhem" yenə uduzdu

21 Fevral 2021 19:17

"Tottenhem" Premyer Liqada növbəti matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi 25-ci turda səfərdə "Vest Hem"lə qarşılaşıb. Joze Mourinyonun kollektivi meydan sahiblərinə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Tottenhem" turnir cədvəlində 36 xalla 9-cudur. Bu qələbə ilə xallarının sayını 45-ə çatdıran "Vest Hem" isə 4-cü pilləyə yüksəlib.

"Vest Hem" - "Tottenhem" - 2:1
Qollar:
 Antonio, 5 (1:0), Linqard, 47 (2:0), Moura, 64 (2:1)

Milli.Az