"Barselona" xal itirdi

21 Fevral 2021 19:16

İspaniya La Liqasında 24-cü turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" doğma meydanda "Kadis"i qəbul edib.

Görüşdə hesabı Kataloniya klubunun kapitanı Lionel Messi açıb. O, 32-ci dəqiqədə penaltidən fərqlənib. İlk hissədə başqa qol olmayıb. Lakin "Barselona" qələbəni ikinci hissənin sonlarında əldən verib. Rəqibin oyunçusu Aleks Fernandes penaltini dəqiq yerinə yetirib- 1:1. Beləliklə, tərəflər matçdan hərəyə 1 xalla ayrılıblar.

Qeyd edək ki, "Barselona" turnir cədvəlində 46 xalla 3-cüdür. Aktivində 24 xal olan "Kadis" isə 15-ci yerdədir.

Milli.Az