Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

21 Fevral 2021 18:31

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156  yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir.

Ölkədə son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116 test aparılıb.

Milli.Az