Göyçayda "BMW" yoldan çıxaraq aşıb, 6 nəfər xəsarət alıb - FOTO

21 Fevral 2021 16:08

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

"BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az