Neymarın gözü "Roma"lı futbolçunun sevgilisinə düşüb - FOTO

21 Fevral 2021 18:24

PSJ-nin ulduzu yaşıl meydanlardan uzaq qalsa da, gündəmdə qalmağa davam edir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz "Roma"nın futbolçusu Nikolo Zaniolonun sevgilisini başdan çıxarmağa çalışır. Belə ki, Neymar Çiara Nastinin "instaqram" paylaşımlarını bəyənməklə yanaşı, bir neçə dəfə özəl olaraq danışmağa çalışıb. Lakin bu cəhdlər uğursuz nəticələnib. 

Nasti və Zaniolo "Sevgililər Günü"nü birlikdə keçirmiş, cütlük münasibətləri şərəfinə hətta tato da etdirib.

Milli.Az