Rusiyada koronavirusdan ölənlərin sayı 83 mini ötüb

21 Fevral 2021 17:42

Rusiyada son sutka ərzində daha 12 742 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 164 726 nəfərə çatıb.

Son sutka ərzində 417 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 83 293 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır. 

Milli.Az