Conni Depp ində də İlon Maskı məhkəməyə çağırıb

21 Fevral 2021 17:06

Hollivud ulduzu Conni Depp və keçmiş həyat yoldaşı Ember Herd arasındakı məhkəmə yenidən alovlanıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, keçmiş arvadı Ember Herdə şiddət göstərdiyi üçün uzun müddət məhkəməlik olan aktyor indi də "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskı bu çəkişməyə cəlb etmək istəyir.

Məsələ orasındadır ki, Ember və İlon arasında bir neçə ay sevgi macərası yaşanmışdı. Conni Depp isə həyat yoldaşının ondan boşanmamışdan əvvəl Maskla münasibətə başladığını iddia edib və aktrisaya qarşı 50 milyon dollarlıq təzminat davası açıb. Deppin vəkilləri İlon Maskın məhkəmə iclasında iştirak etməsini və aktrisa ilə əlaqələrindən danışmasını istəyirlər. Məhkəmə isə 3 ay sonra baş tutacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ember də Deppə qarşı 100 milyon dollarlıq təzminat davası açmışdı. Məhkəmə Herdin haqlı olduğu haqqında qərar qəbul etmişdi.

Milli.Az