İnstaqramda ən çox onlar izlənilir

21 Fevral 2021 16:44

İnstaqramda ən çox izlənən dünyaca məşhur ulduzların siyahısı açıqlanıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ilk sırada 264 milyon izləyici ilə portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo yer alıb.

İkinci yerdə 222 milyonla müğənni Ariana Qrande, 3-cü yerdə isə 218 milyon izləyici ilə aktyor Duen Conson qərarlaşıb.

Siyahıda Teylor Svift, Castin Biber, Beyons, Messi, Selena Qomez kimi məşhurlar da yer alıb. 

Qeyd edək ki, Ariana Qrande İnstaqramda 200 milyon izləyicisi olan ilk qadın olub.

Milli.Az