Gürcüstanda koronavirusa yoluxan daha 10 nəfər ölüb

21 Fevral 2021 16:36

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  258 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  268 355, ölənlərin sayı isə 3 435 nəfərə çatıb.

Virusa yoluxanlardan 261 637 nəfərin sağaldığı bildirilir.

Milli.Az