Terrorçular təxribata hazırlaşır: kimyəvi hücum... - Sıtnik

21 Fevral 2021 12:34

İdlib bölgəsinin şimal-şərqindəki terrorçular zəhərli maddələrdən istifadə edərək təxribat hazırlayırlar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Atəşkəsə Nəzarət Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnik deyib.

Təhrir əş-Şam qruplaşmasının üzvlərinin bir neçə yük maşınında xlor olan qabları Tarmanin qəsəbəsinə çatdırdığını söyləyən kontr-admiral terrorçuların kimyəvi hücum hazırlığı gördüyünü vurğulayıb.

Milli.Az